EN

Moldovada avropayönlülərin əzici qələbəsi

Xəbər  verildiyi kimi, Moldovada prezident Maya Sandunun rəhbərlik etdiyi avropayönlü “Fəaliyyət və Həmrəylik” Partiyası (PAS) parlament seçkilərində mandatların mütləq çoxluğunu qazanıb. Rusiyayönlü müxalifət isə yenidən məğlubiyyətə uğrayıb.

Musavat.com xəbər verir ki, səslərin təxminən 99,47%-i hesablandığı vaxt “Fəaliyyət və Həmrəylik” (PAS) partiyası 49,99% nəticə göstərərək parlamentdə 101 yerdən 51-nə sahib olub.

Daha bir avropayönlü siyasi təşkilat – “Alternativ” bloku ilkin nəticələrə əsasən, 9 mandat əldə edəcək.

Prorusiya yönümlü “Vətənpərvər blok” isə Mərkəzi Seçki Komissiyasının hesablamalarına görə, təxminən 24,5% səs toplayaraq 25 deputat yeri qazanır.

“Vətənpərvər blok”un tərkibinə keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, digər eks-prezident Vladimir Voroninin başçılıq etdiyi Kommunistlər Partiyası, eləcə də 2001–2008-ci illərdə baş nazir olmuş Vasili Tarlevin “Moldovanın Gələcəyi” Partiyası daxildir.

Bu üç siyasi qüvvədən əlavə, parlamentə daha iki partiya da düşür: Moldovanın Rumıniya ilə birləşməsini müdafiə edən millətçi-mühafizəkar Vasili Kostyukun rəhbərlik etdiyi “Evdə Demokratiya” partiyası, həmçinin populist siyasətçi Renato Usatının başçılıq etdiyi “Bizim Partiya”.

Musavat.com

Chosen
33
8
musavat.com

9Sources