EN

Ömər Kocaman Türk Dövlətləri Təşkilatının 12-ci sammitinin keçiriləcəyi tarixi və yeri açıqlayıb

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik”mövzusunda XII Sammiti 6-7 oktyabr tarixlərində Qəbələdəkeçiriləcək.

Trend xəbər verirki, bunu TDT baş katibinin müavini Ömər Kocaman Bakıda TDT üzvdövlətlərin beyin mərkəzlərinin konfransında bəyan edib.

“Türk dövlətləri arasında ortaq tarix, dil, mədəniyyət vəənənələrə əsaslanan qardaşlıq münasibətləri mühüm stratejipotensiala malikdir”, – deyə o, vurğulayıb.

Kocaman xatırladıb ki, Türk Dövlətləri Təşkilatının yaradılmasıhaqqında saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanıb vəAzərbaycanın təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsindəxüsusi rolunu qeyd edib.

“Türk dünyası geniş coğrafiyaya, böyük hərbi potensiala, zənginresurslara, nəqliyyat dəhlizlərinə və gənc, sürətlə artan əhaliyəmalikdir. Biz birgə səylər göstərməliyik ki, TDT dünya arenasındamühüm oyunçuya və güc mərkəzinə çevrilsin”,- deyə baş katib müavinibildirib.

Chosen
16
1
az.trend.az

2Sources