EN

Oğurluq edən şəxsin avtomobilindən narkotik aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
 
 

Chosen
26
27
7news.az

10Sources