EN

ABŞ Dəniz Piyadaları 10 milyard dollar dəyərində CH-53K helikopterləri alır

“Lockheed Martin”in tərkibinə daxil olan “Sikorsky” şirkəti ABŞ Dəniz Piyadaları Korpusuna 99 ədəd CH-53K “King Stallion” nəqliyyat helikopteri tədarük edəcək.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bunun üçün “Sikorsky” 10.8 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Müqaviləyə əsasən, helikopterlərin çatdırılması 2029-2034-cü illər ərzində həyata keçiriləcək.

Qeyd edək ki, bu, ABŞ Dəniz Piyadaları Korpusuna ümumilikdə 200 ədəd CH-53K helikopterinin tədarükünü nəzərdə tutan proqramın bir hissəsidir. Proqram çərçivəsində indiyədək 83 ədəd helikopter sifariş edilib. Onlardan 20-si artıq təhvil verilib, 63-ü isə hazırda istehsal və yığım mərhələsindədir.

FinalAssembly

CH-53K® helicopters on final assembly at Sikorsky Aircraft headquarters in Stratford, Conn. The helicopters are in production, leveraging the company’s digital build and advanced technology production processes. Photo courtesy Sikorsky, a Lockheed Martin company.

Chosen
8
poliqon.az

1Sources