EN

Ayda sərvət yatır Alimlərin yeni araşdırmasının detalları məlum olub

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Yeni araşdırmalar Ay səthindəki minlərlə kraterin həm su, həm də dəyərli mədənlər baxımından böyük potensial daşıdığını üzə çıxarıb.

Alimlərin fikrincə, bu resurslar Ayı gələcəyin kosmik mədənçilik mərkəzinə çevirə bilər.

Çin və ABŞ-dən müstəqil astrofizik Cayant Çennamanqalamın rəhbərlik etdiyi tədqiqat göstərir ki, Ayda təxminən 6500 krater platin qrupu metalları (platin, palladium, rodium və s.) ola bilər. Həmçinin, 3400-dən çox kraterdə isə hidratlı su minerallarının olması ehtimal edilir.

İndiyə qədər kosmik mədənçilik üçün əsas diqqət asteroidlərə yönəlmişdi. Lakin yeni tapıntılar göstərir ki, Ayın mədən və su ehtiyatları asteroidlərə nisbətən 10 dəfə daha zəngin ola bilər. Çennamanqalam qeyd edib ki, Ayın həm Yerə yaxınlığı, həm də sabit orbitdə olması logistik baxımdan böyük üstünlük yaradır.

Ən çox potensial isə 19 kilometrdən böyük və mərkəzi çıxıntısı nəzərə çarpan kraterlərdə cəmləşib. Mütəxəssislər bildirirlər ki, bu potensialı təsdiqləmək üçün Ay orbitindən aparılacaq uzaqdan müşahidə metodları daha səmərəlidir. Beləliklə, bahalı və riskli eniş missiyalarına ehtiyac qalmadan ən zəngin bölgələr müəyyən edilə bilər.

Əgər nəticələr təsdiqlənərsə, Ay yalnız növbəti tədqiqat məkanı deyil, həm də Yer kürəsindən kənarda ilk mədənçilik bazası ola bilər.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources