EN

İlin sonuna qədər ekoloji təmiz avtobusların sayı 400-ə çatdırılacaq - RƏSMİ

Bakı. Trend:

İlin sonuna qədər ekoloji təmiz avtobusların sayı 400-əçatdırılacaq.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatyayıb.

Bildirilib ki, hazırda özəl nəqliyyat şirkətləri tərəfindənekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi vəya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyəgətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həmBakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchizolunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyatakeçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərinmarşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlunəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobusdaşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-əçatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini dəəhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinəverilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikliavtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “BöyükQayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi,Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilətəmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələriölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuşərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilinsonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Chosen
10
1
az.trend.az

2Sources