EN

Kütləvi Futbol Həftəsinə start verildi

BAKI, 29 sentyabr. TELEQRAF

AFFA-nın təşkilatçılığı, UEFA və “EA Sports” şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Qax Olimpiya İdman Kompleksində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı təqdim edib. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

Chosen
3
6
teleqraf.com

7Sources