EN

Nuri Şahin: Türkiyə liqasında 2 0 dan sonra qalib gəlmək çətin məsələdir

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə super liqasının "RAMS Başakşehir" komandasının Baş məşqçisi Nuri Şahin son turda "Konyaspor"a 2:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rəqibi qələb ə münasibətiylə təbrik edib.

Bildirib ki, rəqib ilk hissədə daha mükəmməl oynayıb: "İlk yarıya görə layiqli qələbə qazandılar. İlk hissədə topla da, topsuz da istədiyimizi oyunu göstərə bilmədik. "Konyaspor" isə gözlədiyimiz və təhlil etdiyimiz kimi oynayaraq qalib gəldi. Biz isə təəssüf ki, meydanda aldığımız ehtiyat tədbirləri təcrübədən uğurla sınaqdan çıxara bilmədik. İkinci hissədə 2-0 geridə qalmağın dezavantajını nəzərə alaraq, daha bir neçə riskə getməyə çalışdıq. Komanda ikinci hissədə daha yaxşı oynadı, amma Türkiyə liqasında ilk yarıda 2-0 geridən gəlib qalib gəlmək çətin məsələdir. Artıq gecdir, qarşıdakı oyunlara daha müəkəmməl və istəkli hazırlaşmalıyıq"

Fərid ASLAN

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
mia.az

1Sources