EN

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) matçından əvvəl təşkil ediləcək mətbuat konfranslarının vaxtları məlum olub.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sentyabrın 30-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Saat 18:00-da “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 

Qonaq komandanın baş məşqçisi Yakob Neestrupun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 16:45-də start götürəcək. Danimarka təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 15:30-da başlayacaq. Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 20:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
12
qol.az

10Sources