Baltik dənizi üzərində pilotsuz uçuş aparatlarına görə Danimarka Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli TV2 kanalına polisdəki mənbə bildirib. Ordu rəsmiləri məsələyə münasibət bildirməyib.
Norveçdə isə bir neçə mülki təyyarə PUA təhlükəsinə görə başqa aeroportlara yönləndirilib.