EN

Britaniya hökuməti 12 yeni şəhərcik tikməyi planlaşdırır

Böyük Britaniyanın Baş naziri və İşçi Partiyasının lideri Kir Starmer Birləşmiş Krallıqda hər birində təxminən 300.000 evdən ibarət 12 yeni şəhər yaratmağı planlaşdırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Daily Mail məlumat yayıb.

Qəzet yazır ki, növbəti seçkilərə qədər Bedfordşir, Lids və Londonun şimal ətraflarında ilk üç şəhərciyin tikintisinə başlanılacağı gözlənilir. Hakimiyyət bu sahələri ən perspektivli hesab edir. Yerli sakinlər bu planlar haqqında hələ heç nə bilmir.

Starmer qeyd edib ki, şəhərlərin tikintisi xüsusilə 40 yaşdan aşağı olan və hələ öz evlərinə sahib olmaq imkanı olmayan britaniyalılar üçün vacibdir.

Nəşr yazır: "Öz manifestində Leyboristlər daha çox britaniyalıya ev sahibi olmaq imkanı vermək üçün hazırkı parlament dövründə 1,5 milyon yeni evin tikintisinə başlamağa söz veriblər".

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources