Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq...
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 29-da aparılan qəza-bərpa işləri ilə əlaqədar Sumqayıt şəhəri Corat qəsəbəsində saat 12:30-dan etibarən 900 abonentin qaz təminatı dayandırılacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.
Poliqon.info