EN

Bakı–Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 4 və 5 oktyabr tarixlərində Bakı–Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. ADY-dən SİA-ya verilən məlumata görə, sərnişinlər eyni zamanda, 29 sentyabrdan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilər.

"Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.

Chosen
22
49
sia.az

10Sources