Sumqayıt şəhərində avtobus yanıb.
Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrarayon ərazisində baş verib.
Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli avtobus alışaraq yanıb.
Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.