EN

Rusiyada keçmiş tələbə texnikuma bıçaqlı hücum həyata keçirdi: Yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Arxangelsk şəhərində dəhşətli hadisə baş verib. Belə ki, tikinti və iqtisadiyyat texnikumdan xaric edilmiş tələbə təhsil müəssisəsinə hücum edib.
Oxu.Az bu barədə glavnıy.tv-yə istinadla xəbər verir.
Bildirilib ki, hadisə səhər saatlarında baş verib. İlkin məlumata görə, ədəbiyyat müəllimi, tədris hissə müdiri və bir tələbə yaralanıblar. Zərərçəkənlərin ağır xəsarətlər aldıqları vurğulanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Gənci texnikumun digər tələbələri saxlaya biliblər. Hadisə yerində polis əməkdaşları işləyirlər.
Versiyalardan birinə görə, keçmiş tələbə təhsil müəssisəsindən xaric olunduğu üçün qisas almaq istəyib.
Chosen
85
50
oxu.az

10Sources