EN

Regionalar üzrə ən çox əmanət qoyuluşu Abşeron-Xızının payına düşür

2025-ci il sentyabrın 1-nə olan göstəricilərə əsasən, Bakı istisna olmaqla Azərbaycan regionlarında kredit qoyuluşu və əmanətlərin cəlb olunması göstəriciləri üzrə Mərkəzi Aran (10%), Qarabağ (13%) və Abşeron-Xızı (17%) iqtisadi rayonları öndə gəlir. Bu barədə Mərkəzi Bank məlumat yayıb. 

Əmanətlərin bölgüsündə də ən yüksək payı 17% ilə Abşeron-Xızı, 13% ilə Qarabağ, 10% ilə Mərkəzi Aran və 9% ilə Lənkəran-Astara iqtisadi rayonları tutur.

Digər iqtisadi rayonlar üzrə göstəricilər aşağıdakı kimidir (əmanətlərin payı üzrə, % ilə):

Naxçıvan – 7%, Dağlıq Şirvan – 3%, Gəncə-Daşkəsən – 7%, Qazax-Tovuz – 8%, Quba-Xaçmaz – 7%, Mil-Muğan – 5%, Şəki-Zaqatala – 8%, Şərqi Zəngəzur – 0%. 

 Göstəricilər ümumi portfelə nisbətdə faizlərlə ifadə olunub.

Aytac 

Chosen
12
anews.az

1Sources