EN

Bakı-Sumqayıt avtobusunda yeni qiymət MƏLUM OLDU

Bakı-Sumqayıt müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin yeni tarifi məlum olub.

Hazırda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpikdir.

7Times.az-ın məlumatına görə, həmin marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 80 qəpik olacaq.

Qərar oktyabrın 1-dən qüvvəyə minəcək.

Chosen
10
14
7times.az

10Sources