EN

"Tramp bunun əleyhinə deyil, amma...” – Ukraynaya Rusiyanın dərinliyini vurmaq icazəsi verilibmi?

Son günlərin əsas mövzularından biri Ukraynaya ABŞ silahları ilə Rusiyanın dərinliyindəki obyektləri vurmaq icazəsinin verilib-verilməməsidir. Hələ Co Baydenin dövründən bu sual açıq qalır…

Hurriyyet.az xəbər verir ki, “Fox News”-a danışan ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, general Keyt Kelloqun dediyinə görə, Tramp Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinə qarşı deyil, lakin hələ ki, “Tomaqavk” raketlərinin Kiyevə ötürülməsinə dair qərar qəbul etməyib. Ukraynanın Rusiyaya uzaq mənzilli zərbələr endirməsinə icazə verilib-verilmədiyi barədə suala Kelloq belə cavab verib: "Məncə, onun(Trampın-red.) dediklərini və vitse-prezident Vens, eləcə də Dövlət katibi Rubionun dediklərini oxusanız, cavab “bəli” olacaq".

“Tomaqavk” raketlərinin ötürülməsi ilə bağlı suala Kelloq, "Bu qərar hələ verilməyib", - deyə cavab verib.

Daha əvvəl bildirilmişdi ki, Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşü zamanı Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağın mümkün olduğunu deyib. Lakin o, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı birbaşa öhdəlik götürməyib.

Digər yandan, ABŞ-nin uzaq mənzilli raketlərini almadan Kiyevin Rusiya dərinliklərini effektiv şəkildə vurması da bir qədər mübahisəli görünür.

"AzPolitika.info”

Chosen
58
25
hurriyyet.az

10Sources