EN

Müasir Psixoloji Dəstək İctimai Birliyinin sosial layihəsi uğurla həyata keçirildi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Müasir Psixoloji Dəstək İctimai Birliyi tərəfindən 01 iyul – 30 sentyabr 2025-ci il tarixlərini əhatə edən sosial layihə uğurla həyata keçirilib.

Globalinfo.az bildirir ki, “Gəncə-Daşkəsən regional rayonunda autizmli uşaqların reabilitasiyasına yönəldilmiş ictimai təşəbbüslər” adlı layihə regionda yaşayan autizmli uşaqların sosiallaşması, inkişafı və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək məqsədini daşıyıb.

Layihə çərçivəsində uşaqlar üçün fərdi və qrup məşğələləri təşkil olunub, onların nitq, kommunikasiya və sosial bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqramlar icra edilib. Valideynlər üçün maarifləndirici təlimlər və psixoloji dəstək sessiyaları keçirilib, ailələrin bu prosesdə fəal iştirakı təmin olunub.

Müasir Psixoloji Dəstək İctimai Birliyinin rəhbərliyi bildirib ki, həyata keçirilmiş təşəbbüs regionda autizmli uşaqların gündəlik həyat keyfiyyətini artırmaq, onların potensialını üzə çıxarmaq və inklüziv cəmiyyət quruculuğuna töhfə vermək baxımından mühüm rol oynayıb.

Layihənin yekununda Gəncə-Daşkəsən bölgəsində yaşayan autizmli uşaqların reabilitasiya imkanları genişləndirilib və davamlı dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm addımlar atılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
globalinfo.az

1Sources