EN

Elnur Soltanov: Bir çox yaşıl texnologiyalar hələ də yüksək vəsait tələb edir

Hədəfimiz 2050-ci ilə qədər Net-Sıfır və 1,5°C məhdudiyyətinə riayət etməkdir.

"APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, burada hökumətlərin əsas funksiyası özəl sektoru bu məsələyə cəlb etməkdir.

"Bazar qüvvələri olmadan bu keçid mümkün deyil. Hökumətlər və fondlar prosesi dəstəkləməli, ilkin mərhələdə vəsait xərcləməli və bazar mexanizmlərini hərəkətə gətirməlidirlər. Çünki bir çox yaşıl texnologiyalar hələ də baha başa gəlir və bazar özü-özlüyündə onları seçmir" - deyə, nazir müavini qeyd edib.

Chosen
40
3
apa.az

4Sources