Cari ilin avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayına nəzərən 216 min ədəd artaraq 21,129 milyon ədəd təşkil edib.
Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17 faiz artıb, kredit kartlarının sayı isə 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 milyon manatı POS terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,3 faizini təşkil edib.