EN

"Qarabağ" - "Kopenhagen" oyununu türk əsilli hakim idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda baş tutacaq "Qarabağ" - "Kopenhagen" qarşılaşmasının hakim heyəti bəlli olub.

Far.Az xəbər verir ki, oyunu niderlandlı, türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.

Ona laynsmanlar Ervin Zeinstra və Patrik İnia yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Yannik Van Der Laan yerinə yetirəcək.

Qeyd edək ki, oyun oktyabrın 1-də, saat 20:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Chosen
46
far.az

1Sources