EN

Platinin qiymətləri 2013-cü ildən bəri maksimuma yüksəldi

Nyu-York Ticarət Birjasında (NYMEX) platin füçerslərinin qiyməti 2025-ci ilin oktyabr ayında çatdırılma ilə 2013-cü il aprelin 1-dən bəri ilk dəfə bir trua unsiyası üçün 1600 dollardan yuxarı qalxıb.

Bunu ticarət məlumatları təsdiqləyir.

Bakı vaxtı ilə saat 6:30-a olan məlumata görə, qiymətli metalın dəyəri bir trua unsiyası üçün 1 637.5 dollar təşkil edib (0.15% artıb). Bakı vaxtı ilə səhər saat 7:00-da platinin qiyməti artımını sürətləndirib və bir trua unsiyası üçün 1 638.5 dollara (0.21%) çatıb.

İlin əvvəlindən qiymətli metalın dəyəri 78.74%, sentyabrın əvvəlindən isə 14.52% artıb.
 
 

Chosen
40
2
7news.az

3Sources