EN

Rafiq Məmmədhəsənov "Əmək" ordeni ilə təltif edildi

Rafiq Musa oğlu Məmmədhəsənov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rafiq Məmmədhəsənov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Rafiq Məmmədhəsənov 1945-ci sentyabrın 26-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub və bu günlərdə o, 80 yaşını qeyd edib. O, tibb elmləri doktoru (1990), professor, Əməkdar elm xadimi (2000) və Tərəqqi medalı (2010) lauriatıdır, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektorudur və üç çağırış Milli Məclisin deputatı olub.

Chosen
47
31
hit.az

10Sources