Salyanda 2 gün əvvəl hündürlükdən yıxılan 1 yaşlı uşaq xəstəxanada ölüb...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 26-da Salyan rayonunun Varlı kəndində valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının bu gün günorta saatlarında reanimasiyada öldüyü bildirilir.
Poliqon.info