EN

Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi (FOTO)

Bakı. Trend:

Azercell Telekom gənc qızların İT və İKT sahəsində inkişafınıtəşviq etmək istiqamətində fəaliyyətini davam etdirir. Ötən ilstart verilən “Uğur qızlarımızındır” təşəbbüsünün davamı olaraq, buil də Kompüter elmləri və İnformasiya təhlükəsizliyi ixtisaslarıüzrə ən yüksək bal toplayan tələbə qızlarla xüsusi görüşkeçirilib.

Tələbələri təbrik edən Azercell-in Hüquq və Data Strategiyasıüzrə Baş direktoru Şirin Əliyeva deyib: “Gənc qızların İT sahəsindəuğurları onların şəxsi nailiyyəti olmaqla bərabər, həm də ölkəninrəqəmsal gələcəyinə verdikləri töhfədir. Azercell olaraq bizonların bu yolda daha da irəliləməsi üçün yeni imkanlar yaratmağavə potensiallarını reallaşdırmalarına dəstək olmağa hazırıq.”

Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələridepartamentinin direktoru Sona Abbasova tələbələrə şirkətinkorporativ məsuliyyət strategiyası, xüsusilə qadınlarıngücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqındaməlumat verib: “Azercell üçün təhsilə, habelə bilik və bacarıqlarınartırılmasına dəstək vermək əsas prioritetlərdəndir. Biz inanırıqki, bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmaq və onların İTsahəsində inkişafına yardım göstərmək mümkündür.”

Görüşdə tələbələrə dəyərli hədiyyələr və “DigiMax 10” tarifpaketinə bir illik abunəlik təqdim olunub.

Azercell uzun illərdir təqaüd proqramları, təcrübə imkanları vəmüxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik vəbacarıqlarını inkişaf etdirməsinə dəstək göstərir və onlarınpeşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir.

Azercell bu il ali məktəbə qəbul olmuş bütün tələbələri təbrikedir, onlara uğurlar arzulayır!

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçimininnəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahanMərkəzi tərəfindən təqdim olunub

Azercell
Azercell
Azercell
Azercell
Azercell
Chosen
32
14
az.trend.az

10Sources