EN

Tramp öz ofisinin bəzək əşyalarını nümayiş etdirdi: Bəziləri 24 karatlıq qızıldan hazırlanıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval kabineti və Administrasiya məmurlarının iclas zalını bəzəyən qızıl əşyalarla öyünüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə siyasətçi "Truth Social" şəbəkəsində paylaşım edib.

"Xarici liderlər, digərləri kimi, keyfiyyət və gözəllik görəndə "ağıllarını itirirlər", - deyə o yazıb.

Donald Tramp əlavə edib ki, bəzəklərdən bir neçəsi 24 karatlıq qızıldan hazırlanıb.

ABŞ lideri paylaşımda masanın üzərinə düzülmüş dekor (bəzək) elementlərinin videosunu da yayımlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
61
oxu.az

1Sources