EN

"Crocus City Hall"da terror aktında silahlılar öz aralarında bu dildə danışıblar

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalına hücum zamanı terrorçular öz aralarında və telefonda ərəb dilində danışıblar.

Bu barədə TASS 2-ci Qərb Dairə Hərbi Məhkəməsində keçirilən prosesin iştirakçısına istinadən məlumat verib.

Zərərçəkənlərdən olan bir qadının sözlərinə görə, terrorçular atışmanın sonuna yaxın öz aralarında ərəb dilində bəzi ifadələr işlədiblər. Qadın, həmçinin terrorçuların telefonda da bu dildə və ehtimal ki, qadınla danışdıqlarını da eşidib.

Qadının ifadəsinə görə, o, iki silahlının heç birindən rus dilində ifadələr və sözlər eşitməyib. Terror aktı zamanı o və anası yaralanıb, qızın atası isə həlak olub.

Həmçinin zərərçəkmişin sözlərinə görə, terrorçular "Crocus" ziyarətçilərinin kürəklərinə atəş açıblar, bəzi ziyarətçilər isə özlərini ölü kimi göstərərək xilas olmağa və alovlara bürünən tamaşaçı zalını tərk etməyə müvəffəq olublar.

 

(Oxu.az)

Chosen
14
2
moderator.az

3Sources