
Xalq artisti Emin Ağalarovun Amerika səfəri davam edir.
Reyting.az-ın məlumatına görə, müğənni orada məşhur ifaçılar Nikol Şerzinger, 16 Qremmi mükafatçısı Devid Foster və xanımı, məşhur aktrisa Katürina Fosterlə görüşüb.
Emin birlikdə olan fotolarına "Los-Ancelesdə belə möhtəşəm dostlar arasında olmaqdan həmişə xoşbəxtəm",- sözlərini yazıb.(Axşam.az)
