EN

Avropa İttifaqı Rusiya diplomatik heyətinin səyahətlərini məhdudlaşdırmağı planlaşdırır - ÖZƏL

Avropa İttifaqı ölkələri 19-cu sanksiyalar paketində yalnız Rusiya diplomatlarını deyil, həmçinin Rusiya diplomatik nümayəndəliklərinin bütün əməkdaşlarını blok daxilində hərəkətlərinə məhdudiyyət qoymağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə EUobserver portalı Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) təklifinə istinadən məlumat yayıb. Məhdudiyyətlər konsulluq personalı, inzibati-texniki heyət və onların ailə üzvlərinə də aid edilə bilər. Avropa diplomatik xidməti rusiyalı diplomatların Avropa İttifaqı daxilində hərəkətlərini əvvəlcədən bildirməsini tələb etmək istəyir. Təklifə görə, planlaşdırılan səfərdən ən azı 24 saat əvvəl səfər ediləcək ölkənin hakimiyyət orqanlarına məlumat verilməlidir. Diplomatlar həmçinin avtomobilin markası, növü, qeydiyyat nömrəsi, sərhədi keçmə vaxtları və nəzərdə tutulan keçid məntəqələrini göstərməlidirlər.
Qatar, avtobus və ya təyyarə ilə səyahət zamanı isə daşınma şirkəti və marşrut barədə məlumat təqdim olunmalıdır. EEAS-in təklifinə əsasən, hər bir Aİ ölkəsi daxilinə girişə qadağa qoya və ya əlavə icazə tələb edə bilər, lakin bu halda səbəbləri açıqlamaq məcburi olmayacaq. EUobserver qeyd edir ki, rus diplomatlarının səyahətlərinin məhdudlaşdırılması təklifi ötən cümə günü Aİ səfirləri tərəfindən müzakirə olunub. Mənbənin sözlərinə görə, ilkin reaksiyalar müsbət olub və təşəbbüsün daha ətraflı müzakirəsi bu həftə Brüsseldə Aİ Şurası ekspertləri səviyyəsində planlaşdırılır.
Əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, əgər Çexiyanın təşəbbüsü ilə Aİ rus diplomatlarının hərəkət azadlığını məhdudlaşdırsa, Moskva tərəfindən cavab tədbirləri qaçılmaz olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources