Xaçmaz şəhərində bir dam altında 7 müxtəlif obyekt yanıb.
Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, şəhərdə bir dam altında tikilən ümumi sahəsi 350 m² olan 7 ədəd müxtəlif növ obyektlərdən sahəsi 30 m² olan obyektin yanar konstruksiyaları yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.