EN

Yaşlı insanlar üçün ideal yuxu müddəti müəyyən edildi

ABŞ Milli Yuxu Fondu yaşlı insanlara gündə ən azı 7–8 saat yatmağı məsləhət görür. Lakin Vaşinqton Universitetinin yeni araşdırması göstərib ki, beyin fəaliyyətlərinin stabil qalması üçün bu qədər uzun yuxu şərt deyil – kifayət qədər az yatmaq da kifayətdir.

E-saglam.az xəbər verir ki, tədqiqatda 100 yaşlı könüllü iştirak edib. Onların yuxu keyfiyyəti 4–6 gecə ərzində portativ elektroensefaloqrafiya cihazı ilə izlənilib. Bundan başqa, onurğa beyni mayesində Alzheimer xəstəliyinə aid markerlər – beta-amiloid və tau zülalı səviyyələri ölçülüb. İştirakçılar həmçinin bir sıra neyropsixoloji testlərdən keçiblər.

Gündə 4,5 saatdan az və ya 6,5 saatdan çox yatan insanlarda yaddaş və idrak qabiliyyətlərinin sürətli zəifləməsi qeydə alınıb.

4,5–6,5 saat arası yatanlarda isə kognitiv göstəricilər sabit qalıb.

Alimlər bildiriblər ki, yaşlı insanların yuxu müddəti və keyfiyyəti Alzheimer riskinin qiymətləndirilməsində əlavə göstərici ola bilər.

Əlavə olaraq, Harvard Tibb Məktəbinin əvvəlki araşdırması sübut edib ki, yuxuya getmək üçün 30 dəqiqədən çox vaxt sərf edən yaşlılarda 5 il ərzində demensiya riski 45% artır. Həmçinin, gündə 5 saat və ya daha az yatmaq həm demensiya, həm də digər ciddi xəstəliklərdən ölüm riskini artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
4
e-saglam.az

1Sources