EN

Ukrayna “Neptun” u işə saldı Rusiya ərazisindəki hərbi zavod vuruldu

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Bryansk vilayətindəki “Karaçevski Elektrodetal” zavodu Ukrayna tərəfindən vurulub.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz Telegram kanalında məlumat yayıb.

Kovalenko qeyd edib ki, sözügedən zavod elektrik birləşdiricilərinin və hərbi texnika üçün digər əsas komponentlərin istehsalı üzrə ixtisaslaşıb. Zavodun məhsulları raket idarəetmə sistemlərində, aviasiya və kosmik texnologiyada, tanklarda, zirehli transportyorlarda və digər zirehli texnikalarda, rabitə sistemlərində, idarəetmə cihazlarında istifadə olunur: “"Elektrodetal” mahiyyətcə Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir, onsuz müasir rus silahlarının yığılması və təmiri pozulur. Zavod döyüş sistemlərinin qapalı dövrəli elektron sxemlərində istifadə olunan on minlərlə birləşdirici istehsal edir".

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Aleksey Neyjpapa isə bəyan edib ki, sözügedən zavoda zərbə “Neptun” raketlərilə vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bu müəssisənin məhv edildiyini təsdiqləyib. Qərargahdan qeyd ediblər ki, sözügedən raketlər 240 kilometrdən çox uçuş məsafəsinə malikdir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
azpolitika.info

4Sources