Bugünlərdə Monteneqro yığmasının baş məşqçi postundan uzaqlaşdırılan Robert Prosineçki yenidən Azərbaycanda çalışmaq arzusundadır.
Xorvatiyalı müxtəlif kanallar vasitəsilə AFFA rəhbərliyini öz niyyəti ilə tanış edib.
56 yaşlı çalışdırıcı yenidən millimizin sükanı arxasına keçmək üçün danışıqlara başlamağa hazır olduğunu söyləyib.
Balkanlı mütəxəssis ondan ötrü maliyyə şərtlərinin ciddi əhəmiyyət daşımadığını, bu konteksdə hər cür güzəştə gedə biləcəyini, sadəcə, işləmək istədiyini diqqətə çatdırıb.
R.Prosineçki Azərbaycana ilk dəfə 2014-cü ilin noyabrında gəlib. Həmin vaxt Berti Foqtsdan boşalmış kürsüyə əyləşmiş məşqçi 2017-ci ilin dekabrınadək burada qalıb.
Hazırda bu post yenə boşdur. Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin ilk turundan sonra istefaya göndərilib. Səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyət portuqaliyalı mütəxəssisin macərasını bitirib.
SPORTİNFO.AZ