EN

Azərbaycanda qeyri həyat sığortası bazarı 7 % ə yaxın böyüyüb

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 454,322 milyon manat sığorta haqqı toplanılıb.

Missiya.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,7 % artaraq 176,225 milyon manata çatıb.

Beləliklə, 8 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 39,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
9
missiya.az

10Sources