EN

Tramp onlardan belə intiqam alır

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin Ədliyyə Nazirliyi Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Kristofer Rey barədə istintaq aparır.

Olaylar.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində bildirib.

"Güman edirəm ki, onlar bununla məşğuldurlar", - deyə Tramp Ədliyyə Nazirliyinin Reylə bağlı istintaq aparıb-aparmadığı sualına cavabında bu cümlələri işlədib.

Donald Trampın sözlərinə görə, 46-cı ABŞ prezidenti Co Baydenin dövründə FTB-yə rəhbərlik edən Rey "işini dəhşətli şəkildə yerinə yetirib".

"Düşünürəm ki, onun etdikləri son dərəcə qəbuledilməz idi", - deyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti FTB əməkdaşlarını 6 yanvar 2021-ci ildə onun tərəfdarlarının Kapitoliyə hücumu zamanı təxribat törətməkdə ittiham edib. Onun sözlərinə görə, bu iddia sabiq FTB rəhbəri Kristofer Reyin açıqlamaları ilə tamamilə ziddiyyət təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
2
olaylar.az

3Sources