EN

İdman zalında infarkt təhlükəsi– Cabir İmanovun qəfil ölümünün tibbi səbəbləri


İdman zamanı ölüm çox zaman vaxtında aşkar edilməmiş anadangəlmə, eləcə də irsi ürək qüsurları və ya koronar arteriya xəstəliyiilə əlaqələndirilir.
Dünyada və Azərbaycanda idman zalında, idmandan sonra, futbol meydançasında qəfil özünü pis hiss edən,ölənidmançı, futbolçu və ya sadə vətəndaşlar azdeyil.


Məsələn, idman çıZabit Babayev işlədiyi idman zalındaməşq zamanı infarktdan ölmüşdü.

Fitnes məşqçisi Teymur Məmmədrzayev də zalda məşq zamanı vəfat etmişdi.

Bu gün isə əməkdar artist, məşhur “KVN” əfsanəsi Cabir İmanov 49 yaşında idman zalında məşq edərkən miokard infarktı keçirib, onun həyatını xilas etmək mümkün olmayıb.

“Medicina” xəbər verir ki, hələ uşaqlıqdan valideynlər usağı idman zalına buraxmazdan əvvəlmütləq ürək və baş beyin yoxlanmalıdır.

Eləcə də gənc yaşlarından idmanla məşğul olmaq heç də ömrünün sonuna qədər ürək-damar sisteminin sağlam olması anlamına gəlmir. 40 yaşından sonra gənc kişilərdə ürək-damar problemləri riski artır.


Çox zaman onlar yüksək təzyiq və ya ürək damarlarının tutulmasından xəbərsiz olur, üstəlik sağlam olmaq üçün çox gəzməyə, idman və üzgüçülüyə gedirlər.

Digər səbəblər arasında aritmiya, sinə zərbəsindən ürəyin sarsıntısı, istilik vurması, müəyyən içki, maddə və ya idman qidaları iləürəyin həddindən artıq yüklənməsi daxildir.

İdman zamanı ürək probleminə mövcud hipertoniya, ürək qüsurları səbəb ola bilər. Bu zaman miokard zədələnməsində döş qəfəsi nahiyəsində, eləcə də qabırğa altında sancılar ola bilər.

Bundan əlavə, məşq zamanı başgicəllənmə yaşanır.

O əlavə etdi ki, ürəyi xəstə insanlar tez-tez xoşagəlməz, ağrı ilə qarşılaşırlar. İdman zamanı ağrı çiyin bucağının altında və ya çiyinə, alt çənəyə və ya sol qola yayılır.

Bundan əlavə, məşq zamanı qəfil ürəkbulanma yarana bilər.

Ona görə həkimlərin tövsiyəsinə görə, idmanla, fitneslə məşğul olanlar, hətta dost tanışla futbol oynayan gənclə,xüsusilə yaşı 35-dən yuxarı olan insanlar ürəyin vəziyyətindən xəbərdar olmadan özbaşınaidmana yazılmamalıdır.

Yaşı 40-ı keçən kişilər isə mütləq mütəmadi ürək-damar müayinələrindən keçməlidir.


Aygün Musayeva


Chosen
5
1
medicina.az

2Sources