EN

Əli Əsədov Minskə işgüzar səfərə gedib

Sentyabrın 29-da Baş nazir Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gedib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.

Chosen
23
32
operativmm.az

10Sources