EN

İdman zalında vəfat edən Cabir İmanovun bioqrafiyası

Cabir İmanov Azərbaycanın tanınmış aktyoru və komediyaçı, həmçinin "Parni iz Baku" KVN komandasının üzvü və "Planet Parni iz Baku" teatrının aktyoru idi.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, o, 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisadçı, Bakı Dövlət Universitetində isə hüquqşünas ixtisası üzrə alıb. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. Son olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin rəisi idi.

Cabir İmanov 1992-2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub və bu müddət ərzində 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" adlarını qazanıb. 2001-ci ildən etibarən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb və 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Onun aktyor kimi iştirak etdiyi bəzi filmlər arasında "Etimad telefonu" (2001), "Bir anın həqiqəti" (2003), "Məhəllə" (2003), "Tam məxfi" (2004), "Məşədi İbad-94" (2005), "Qorxma, mən səninləyəm! 1919" (2013), "Bir kəndin sevinci" (2012), "Ağanatiq" (2017) və "Bəxt üzüyü 2" (2017) yer alır.

2025-ci ilin fevral ayında Cabir İmanov yol hərəkəti qaydalarını pozduğuna görə məhkəməyə verilib.

Cabir İmanov həmçinin 2020-ci ildə BYJABA Handmade in Azerbaijan brendini yaradıb və bu brend vasitəsilə əl işlərindən ibarət milli üslubda məhsulların istehsalı və satışı ilə məşğul olub.

2025-ci ilin sentyabr ayında Cabir İmanov idman zalında məşq edərkən qəflətən vəfat edib.

Allah rəhmət eləsin!

Chosen
19
3
day.az

4Sources