EN

“Lombard Xəyal”ın məhkəməsində Elza Seyidcahan ifadə verdi

Vətəndaşların etibarından sui-istifadə edərək onların qızıllarını mənimsəməkdə təqsirləndirilən "Lombard Xəyal" olaraq tanınan Xəyal Abdullayev və köməkçisi Fərid Abuzərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxslər öncə tanışlarının adına saxta sənəd hazırlayaraq pul müqabilində onlardan qızıl alıb. Dominos pizza

Həmçinin o, investor cəlb etmək məqsədi ilə saxta sənədlər hazırlayıb, onlar öz məqsədi üçün istifadə edib və bu yollarla vətəndaşları aldadıb. Onların qızılları müqabilində pul verib, vətəndaşlar pulu qaytarsalar da, verdikləri qızılı ala bilməyib. İş üzrə 31 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxslər vətəndaşlara ümumilikdə bir milyon manata yaxın ziyan vurub.

İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər onlara qarşı sürülən ittiham üzrə özlərini təqsirli bilməyib.


Telegram kanalımız
Chosen
29
1
yenisabah.az

10Sources