Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili (2004-2013) və onun keçmiş təhlükəsizlik rəhbəri Teymuraz Canaşiyanı siyasətçinin hakimiyyəti dövründə mənimsəmələrinə görə dövlət xəzinəsinə 9 milyon lariyə qədər (3 milyon dollardan çox) ödəməyə qərar verib.
Gundem.az xÉ™bÉ™r verir ki, bu barÉ™də Gürcüstan mediası mÉ™lumat yayıb.Â
Müvafiq qərarı Gürcüstan Maliyyə Nazirliyinin tələbi ilə hakim Aleksandr Qzirişvili çıxarıb. Agentlik iddia edib ki, bu ilin mart ayında Saakaşvili və Canaşiya təqribən 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilindiyindən bu vəsaitlərin xəzinəyə qaytarılması zəruridir.
Sentyabrın 27-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilinin (2004-2013-cü illər) təsis etdiyi müxalif Vahid Milli Hərəkat partiyasının fəaliyyətinin qadağan edilməsi tələbi ilə bu ilin oktyabrında ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırmağı planlaşdırır.