Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 161,291 milyon manat sığorta haqqı toplanılıb.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 27,601 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,9 % çoxdur.8 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,1 manat olub.Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.