EN

Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞ


Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elan saytlarının birində məlumat yerləşdirilib.

Məlumata görə, ən ucuz yaxtanın qiyməti 600 min manatdan başlayır. Ən bahalı yaxta isə 6,2 milyon manata təklif olunur.

Ən bahalı yaxta "Chiristensen Shipyard Ltd.” şirkəti tərəfindən 2001-ci ildə istehsal edilən "Daydream” adlı yaxtadır. Bu yaxta 6 250 000 manata təklif olunur. Bundan əlavə, 1,1 milyon manata "Astondoa 95”, 1,25 milyon manata "Astondoa 80”, 3,5 milyon manata "AB YACHT 92” və s. yaxtalar satışa çıxarılıb.

Yaxtaların satışı Bakıda yenicə fəaliyyətə başlayan türkiyəli iş adamı Oğuz Evinç tərəfindən həyata keçirilir. Məlumata görə, yaxtalar hazırda Türkiyədədir.

Chosen
3
10
baki-xeber.com

10Sources