EN

İlqar Mustafayev məhkəmədə ifadə verib

Bakı. Trend:

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarəHeyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayətişi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trendxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilənprosesdə İlqar Mustafayev ifadə verib.

Təqsirləndirilən şəxs ona qarşı sürülən ittihamları qəbuletməyib:

“Mən başa düşmürəm ki, niyə həbs edilmişəm. Bulvar İdarəsində3,7 milyon mənimsəmə faktı tapılır və Baş Prokurorluğa göndərilir.İttiham aktına görə iş fəaliyyətimin 2 ilində (2016-2018) 8 milyon,qalan hissəsində 4 milyon pul mənimsəmişəm”.

İttiham aktına görə, Hesablama Palatası hansısa möhürsüz,imzasız e-mail vasitəsilə gələn Dövlət Dəniz və Liman Agentliyininsədrinin müşavirinin göndərdiyi cədvələ əsaslanaraq hesablamaaparıb:

“2018-2022-ci ildə isə 429.680 nəfər sərnişin səyahət edib.2020-ci ildən 2022-ci ilə qədər ölkədə pandemiya olduğu üçün vəBulvar ərazisi rəsmi olaraq bağlanlb. Pandemiyanın ən sərt vaxtlarıisə 2021-ci ildə isə vətəndaşlar evdən bayıra sms icazə iləçıxırdı. Necə oldu ki, 2021-ci ildə 62 000 nəfər gəmidə səyahətəçıxdı”?!

İttihama görə, Maraşpark dondurma köşklərinin sahibi İsrafilBascıl Dənizkənarı Bulvar İdarəsinə 2019-2023-cü illər ərzində 736500 manat pul ödəyib:

“Bu fakt əl yazısı ilə yazılmış vərəq sübut kimi götürülüb .Həmçinin 2020-2022-ci illərdə pandemiya olub və Bulvar bağlanıb.Həmçinin Gül və kol bitkilərinə ayrılmış pulların mənimsənilməsiittihamına gəldikdə isə Bulvar İdarəsinin istixanası ola-olaGirasol MMC-dən 175672 manat dəyərində gül almaq adı ilə pullarımənimsəmişəm. Əvvəla Bulvar İdarəsində istixananı 2020-ci ildə mənyaratmışam ki, kənardan gül alışının nisbətən azaldaq”.

İlqar Mustafayevin vəkili məhkəməyə vəsatət təqdim edib. O,vəsatətində Dənizkənarı Bulvar İdarəsindən müəyyən hesabatlarınəldə edilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Proses 20 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsinfəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan RespublikasınınHesablama Palatasından daxil olmuş materiallar əsasında Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəaraşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətininsədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayətəlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxiletməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrininicarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinintəşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyətsahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pulvəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkləmənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıqməbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına vəcinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdanartıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu iləmüvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyənolunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə CinayətMəcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməkləmənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu iləəldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdardavergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifəsaxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqarMustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isəistintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündəqətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etməkməqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinəhəbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsindəiştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraataayrılmaqla ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Chosen
26
10
az.trend.az

10Sources