EN

"Dünən bir yerdə toyda idik..." — Cabirdən yazdı (FOTO)

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün dünyasını dəyişib. 

Demokrat.az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabından ötən gecə mərhum aktyorla toyda olduqlarını yazıb. 

"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum", - deyə müğənni qeyd edib.

 
Chosen
8
13
demokrat.az

10Sources