EN

Sənət dostları Cabir İmanovun vəfatından danışdılar: “Toyda görüşmüşdük, ürəyi ilə bağlı…”

Bu gün tanınan və sevilən aktyor, Əməkdar artist Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və aktyor 49 yaşında vəfat edib.

Onun vəfatı sənət cameəsini dərin kədərə qərq edib. KONKRET.az-a açıqlama verən aktyorun sənət dostu, Əməkdar artisti Rafael İsgəndərov Cabir İmanovun vəfatından kədərləndiyini deyib:

Rafael

“İdman zalında dünyasını dəyişdiyini eşitdik. Ürəyində hər hansı problem olduğunu bilmirdim. Hər zaman gözəl xatırlayacağam. Allah rəhmət eləsin”, – Rafael İsgəndərov vurğulayıb

Vaxtilə “Məhəllə” filmində Cabir İmanovla bir səhnəni bölüşən tanınmış aktyor Coşqun Rəhimov da saytımıza açıqlamasında onunla bağlı xatirəsini danışıb:

Bu

“Ağır itkidır. Başımız sağ olsun. Bir komandada çıxış etmişik. Hadisəni, təfərrüatı bilmirəm. Özüm şokdayam. Axırıncə dəfə onunla dostumuzun toyunda görüşmüşdük. Hər şeyi normal idi. Dəfnində iştirak edəcəm.”, – Rəhimov bildirib.

Qeyd edək ki, Cabir İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub, 2001-ci ildən isə “Planet Parni iz Baku” KVN Teatrında aktyor kimi fəaliyyət göstərib. 14 sentyabr 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 16 oktyabr 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O, ailəli idi və 4 övladı var. Cabir İmanov tanınmış aktyor və prodüser Tahir İmanovun qardaşıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
11
1
konkret.az

2Sources