EN

Obeziteyə qarşı bioloji aktiv əlavələr təsirsizdir

Alimlər 150-dən çox araşdırmanı təhlil edərək belə qənaətə gəliblər ki, bioloji aktiv əlavələr (BAƏ) artıq çəki və piylənmə ilə mübarizədə demək olar ki, effektli deyil.

E-saglam.az xəbər verir ki, nəticələr Obesity jurnalında dərc olunub.

BAƏ istehsalçıları onları müxtəlif xəstəliklərdə istifadəyə təklif edir və hər il milyardlarla gəlir əldə edirlər. ABŞ-da əhalinin üçdə biri ən azı bir dəfə belə əlavələri sınayıb. Lakin bu preparatlar adi dərmanlar kimi ciddi keyfiyyət və təhlükəsizlik yoxlamasından keçmir, bəzən gizli zərərli komponentlər də ehtiva edə bilir.

Yeni meta-analiz çərçivəsində alimlər 315 araşdırmanı təhlil edib. Onlardan yalnız 52-si müəyyən nəticə çıxarmağa imkan verib. Cəmi 16 araşdırma müəyyən qədər müsbət effekt göstərib. Bu təsir əsasən yaşıl çay ekstraktı, linolen turşusu və kofein tərkibli əlavələrdə müşahidə olunub. Amma nəticə çox zəif olub – qəbul edənlərin çəkisi cəmi 0,3–4,9 kiloqram azalıb.

Müəlliflər bildirirlər ki, sübutedici təbabət daha təsirli üsullara malikdir: farmakoterapiya və bariatrik cərrahiyyə bədən çəkisinin 5–35%-ni azaltmağa kömək edə bilər. Bununla belə, obezitenin müalicəsi üçün mövcud imkanlar hələ də məhduddur.

Klinik Obezite Araşdırmaları Komitəsinin alimləri Obesity jurnalındakı redaksiya məqaləsində həkimlərə xəbərdarlıq edirlər ki, obeziteyə qarşı BAƏ-lər zəif təsirlidir və sağlamlıq üçün təhlükəli ola bilər. Onlar həmçinin tənzimləyici orqanları bu bazarı daha ciddi nəzarətdə saxlamağa çağırırlar.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
28
e-saglam.az

1Sources