EN

İrəvanda polis və itkin düşmüş hərbçilərin yaxınları arasında qarşıdurma baş verib

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında itkin düşmüş hərbçilərin qohumları ilə hərbi polis arasında qarşıdurma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə erməni KİV-ləri xəbər verib.

İtkin düşmüş hərbçilərin qohumları Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və müdafiə nazirinin müşaviri Kamo Vardanyan ilə görüş tələb ediblər.

Müdafiə Nazirliyindən bildirilib ki, nazir müavini Arman Sarkisyan təşəbbüs qrupunun yalnız üç nümayəndəsi ilə görüşməyə hazırdır.

Qeyd edək ki, səhərdən itkin düşmüş hərbçilərin qohumları Müdafiə Nazirliyindən öz övladlarının taleyi barədə izahat tələb edərək etiraz aksiyası keçirirlər.

Chosen
13
ikisahil.az

1Sources