EN

“Əndazə” sözünün maraqlı mənşəyi- İbrahim Nəbioğlu yazır...

Jurnalist İbrahim Nəbioğlu sosial şəbəkədə “əndazə” sözünün mənşəyi və tarixi barədə maraqlı paylaşım edib.

Onun sözlərinə görə, “əndazə” fars mənşəli sözdür və fars dilində “andaze” ölçü, miqdar, miqyas, hədd mənalarını ifadə edir. Qədim dövrlərdən bu yana “Sözünün bir əndazəsi olmalıdır!” ifadəsi həddini aşan insanlara deyilib.

“Əndazəsiz danışan adam, duzsuz şorba kimidir – nə ağızda qalır, nə yadda!” – deyə jurnalist babalardan qalan atalar sözlərini də xatırladıb.

İ.Nəbioğlu qeyd edib ki, Şərqdə “əndazə” yalnız abstrakt ölçü deyil, konkret ölçü vahidi kimi də işlədilib. Bəzi mənbələrə görə, 1 əndazə təxminən 400–500 kvadrat arşın (25–30 m²) sahəyə bərabər olub.

Osmanlı İmperiyasında isə “əndazə” uzunluq ölçüsü kimi istifadə edilib və təqribən 65 sm-ə bərabər olub. Geyimlərin ölçüsündə, inşaatda, zərgərlikdə və gündəlik işlərdə bu ölçüdən geniş istifadə olunub.

Tarixi mənbələrdə həmçinin belə deyimlərə rast gəlinir:

  • “Əndazəni düzgün al, yoxsa şalvar ya qısa olar, ya da qonşuya gedər!”

  • “İki əndazəlik boyun var, amma ağlına baxanda yarım arşınsan.”

    News365.az

Chosen
26
news365.az

1Sources