EN

Moldovada prezidentin partiyası 50,2 % səs toplayıb

Moldovada parlament seçkilərində "Hərəkat və Həmrəylik" Partiyası (PAS) 50,2 % səs toplayıb.

“İki sahil” xəbər verir ki, bu, ölkə MSK-nın 100 % protokolların hesablanması nəticələrinə əsaslanır.

Qeyd edək ki, partiya ölkənin hazırkı prezidenti Maya Sandu tərəfindən təsis edilib.

İkinci yerdə 24,17 % səslə "Vətənpərvər blok" qərarlaşıb. Müxalifət partiyaları ümumilikdə 49,8 % səs toplayıb.

28 sentyabrda keçirilən seçkilərdə iştirak səviyyəsi 52 %-i keçib.

Chosen
4
7
ikisahil.az

8Sources